logo

Paytaxtda "fişəng" satan 4 nəfər məsuliyyətə cəlb olunub

15:15 26-12-2023 | icon 749
Paytaxtda "fişəng" satan 4 nəfər məsuliyyətə cəlb olunub

Paytaxtın Qaradağ rayonunda yerləşən iri ticarət mərkəzlərindən birində pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 4 nəfər müəyyən olunaraq məsuliyyətə cəlb edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Onlardan yüksək səs effektləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitələr aşkarlanaraq götürülüb.

Faktla bağlı Qaradağ rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.