Tacikistan Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.
YeniAvropa xəbər verir ki, bunu Tacikistanın sənaye və yeni texnologiyalar naziri Şerali Kabir Bakıda keçirilən Azərbaycan-Tacikistan biznes forumunda deyib.
Nazir, dağ-mədən sektorunda Tacikistanda 800 filiz yatağından yalnız 100-nün işləndiyini qeyd edərək mədən sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirməyi təklif edib: “Biz Azərbaycan şirkətlərinə həyata keçirilməsi üçün konkret layihələr təklif edirik və ümid edirik ki, bugünkü biznes forumun nəticəsi olaraq müəyyən razılaşmalar əldə olunacaq”.