Azərbaycan taekvondoçusu Səyyad Dadaşov Bosniya və Herseqovinanın Sarayevo şəhərində keçirilən Avropa çempionatında uğurla çıxış edib.
Azərbaycan Taekvondo Federasiyasından YeniAvropa-ya verilən məlumata görə, o, 21 yaşadək idmançılar arasında təşkil olunan yarışda üçüncü olub.
Bununla da 54 kiloqram çəkidə mübarizə aparan S.Dadaşov bürünc medala sahib çıxıb.