logo

Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik-BMT-nin baş katibi

16:32 21-11-2024 | icon 252
Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik-BMT-nin baş katibi

Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik.

YeniAvropa xəbər verir ki, bu sözləri BMT-nin baş katibi Antonio Quterreş Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Maliyyə artımının vacibliyini vurğulayan baş katib bildirib: “Bütün tərəflərin 1,5 dərəcə ilə uyğunlaşdırılmış yeni milli planlar təqdim etmələrini təmin etmək də vacibdir. Hər bir hökumətə, eyni zamanda, emissiyaların azaldılmasını sürətləndirərək təmiz, ucuz bərpaolunan mənbələrdən və ədalətli enerji keçidindən faydalanmaq şansı vermək lazımdır”.

A.Quterreş diqqətə çatdırıb ki, maliyyə nəzarətsiz iqlim xaosunun hamımıza vuracağı dağıntılara qarşı sərmayədir. “Keçən həftə çoxtərəfli inkişaf bankları aşağı və ortagəlirli ölkələr üçün iqlim maliyyəsi ilə bağlı əhəmiyyətli maliyyə elan etdilər. Bu maliyyə 2030-cu ilə qədər ildə 120 milyard dollara çatacaq, daha 65 milyard dollar özəl sektordan səfərbər ediləcək. Mən hər bir tərəfi addımlar atmağa, sürəti artırmağa çağırıram, vaxt azdır”, - deyə o əlavə edib.