Prezident İlham Əliyev mayın 20-də Qarabağ Universitetinin rektorunun təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda deyilir: "Şahin Vaqif oğlu Bayramov Qarabağ Universitetinin rektoru təyin edilsin".
Prezidentin bu gün imzaladığı digər bir sərəncamla Şahin Bayramov Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.