Bakıda Azərbaycan-Gürcüstan siyasi məsləhətləşmələri keçirilib
Mayın 20-də Bakı şəhərində Azərbaycan Respublikası və Gürcüstan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən bildirilib.
Məsləhətləşmələrdə Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Samir Şərifov, Gürcüstanın nümayəndə heyətinə isə bu ölkənin xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya rəhbərlik edib.
Məsləhətləşmələr zamanı ölkələr arasında siyasi, iqtisadi-ticarət, enerji-nəqliyyat, mədəni-humanitar və s. sahələrdə ikitərəfli əməkdaşlıq əlaqələrinin hazırkı vəziyyəti və inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb.
Tərəflər əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə edib, iki qonşu ölkə arasında mehriban qonşuluq şəraitində inkişaf edən qarşılıqlı faydalı strateji tərəfdaşlıq münasibətlərinin Cənubi Qafqaz regionunun tərəqqisi üçün vacib amil olduğunu, bu xüsusda iki ölkənin ortaq səyləri və iştirakı ilə reallaşdırılan qlobal miqyaslı enerji və nəqliyyat layihələrinin bölgədə iqtisadi inkişafın əsaslarını təmin etməklə yanaşı, sabitlik və təhlükəsizliyin bərqərar olunmasına da xidmət etdiyini vurğulayıblar.
Görüşdə yüksək səviyyəli qarşılıqlı səfərlərin və iqtisadi məsələlər üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyəti qeyd edilib.
Eyni zamanda, beynəlxalq və regional təşkilatlar, habelə Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli və digər çoxtərəfli əməkdaşlıq platformaları çərçivəsində hər iki ölkə üçün əhəmiyyət kəsb edən məsələlər üzrə əlaqələndirmə və qarşılıqlı dəstəyin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Bununla yanaşı, regional təhlükəsizlik məsələləri, müqavilə-hüquq bazası və baxılmaqda olan sənəd layihələrinə dair fikir mübadiləsi aparılıb.
Cari ilin noyabr ayında Azərbaycan Respublikasının ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təşkili ilə bağlı qarşı tərəfə məlumat verilib.
Görüş əsnasında Gürcüstan tərəfi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, Azərbaycan tərəfindən regionda dayanıqlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar barədə məlumatlandırılıb.
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib
Ceyhun Bayramov misirli həmkarı ilə regional məsələləri müzakirə edib
Xaçmazda 4 avtomobil toqquşub: ölən və yaralananlar var
Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik-BMT-nin baş katibi
Azərbaycanda meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
SOCAR “Tree Energy Solutions”la Birgə Tədqiqat Sazişi imzalayıb
İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri olacaq
TDT-nin Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi yaradılıb
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Keniyanın “SMACHS” təşkilatı ilə əməkdaşlıq edəcək
UEFA Çempionlar Liqasında çıxış edən 2 klubu cərimələyib
“Yaşıl dünya naminə həmrəylik ilinə” həsr olunmuş veloyürüş keçirilib
Sabah Bakıda 17° isti olacaq
UEFA İsveç–Azərbaycan matçında hakim səhvini etiraf edib
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub
Şəhid ailəsi üzvləri ilə bağlı yeni qayda təsdiqlənib
Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb
Gələn həftədən Bakıda 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimə iştirak edirlər
Azərbaycan nefti 74,88 dollara satılır
Qobustan Günəş ES 2026-cı ildə istismara veriləcək
COP tarixində ilk dəfə Su Bəyannaməsini qəbul ediləcək
Avropa çempionatı: Taekvondoçumuz bürünc medal qazanıb
Türkiyə Azərbaycanla yeni Zəngəzur dəhlizi marşrutu üzərində işləyir
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib