İranda prezident İbrahim Rəisinin faciəvi ölümü ilə əlaqədar milli matəm elan edilib.
YeniAvropa xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.
Qeyd edək ki, İran prezidenti İbrahim Rəisinin olduğu helikopter mayın 19-da İran-Azərbaycan sərhədindən çox da uzaq olmayan Verzeqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada bütün sərnişinlər və ekipaj üzvləri həlak olub.