logo

Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov

10:50 22-11-2024 | icon 231
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov

2024-cü il ərzində dövlət sərhədlərinin mühafizəsi zamanı 301 nəfər sərhəd pozucusu, 134 nəfər isə rejim pozucusu saxlanılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı general-leytenant Araz Məmmədov "Şəmkir" Sərhəd Dəstəsində keçirilən brifinqdə məlumat verib.

Bildirib ki, bu il ümumi çəkisi 1 ton 148 kiloqram narkotik vasitə və 30 min 038 ədəd psixotrop həb aşkar edilərək qeyri-qanuni dövriyyədən çıxarılıb.

"Həmin narkotiklərin ümumi dəyəri 13 milyon 174 min 694 manat təşkil edib. Son zamanlar müxtəlif uçuş aparatlarından istifadə etməklə ölkə ərazisinə narkotik vasitələrin keçirilməsinə cəhdlər olub, tədbirlər nəticəsində uçuş aparatları saxlanılıb, narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb", - deyə Araz Məmmədov bildirib.