FIFA referisi Kamal Umudlu UEFA-dan növbəti dəfə təyinat alıb.
AFFA-dan YeniAvropa-ya verilən məlumata görə, o, UEFA Gənclər Liqasının V turu çərçivəsində keçiriləcək “Şturm” (Avstriya) – “Jirona” (İspaniya) oyununun baş hakimi olacaq. Referiyə Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını bolqarıstanlı Emil Ristoskov yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 27-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.