logo

"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu

11:11 22-11-2024 | icon 287
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu

Məşhur “Goal” nəşri 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatında(DÇ-2026) çempionluq şansı ən yüksək olan 16 milli komandanın reytinqini tərtib edib.

YeniAvropa xəbər verir ki, siyahının ilk pilləsində İspaniya yığması yer alıb. Son dünya çempionu Argentina seçməsi ikinci sırada qərarlaşıb. İlk “üçlüy”ü isə Almaniya yığması tamamlayıb.

Ümumi sıralama isə aşağıdakı kimidir:

1. İspaniya

2. Argentina

3. Almaniya

4. İngiltərə

5. Fransa

6. Portuqaliya

7. İtaliya

8. Hollandiya

9. Kolumbiya

10. Braziliya

11. Mərakeş

12. Xorvatiya

13. Kanada

14. Belçika

15. ABŞ

16. Meksika

Qeyd edək ki, növbəti dünya çempionatına üç ölkə - ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək.