logo

Bakıda Beynəlxalq Uşaq və Gənc Rəsm Festivalı keçiriləcək

20:30 20-05-2024 | icon 13517
Bakıda Beynəlxalq Uşaq və Gənc Rəsm Festivalı keçiriləcək

Mayın 24-də Xətai Rayon İcra Hakimiyyətinin qarşısında “Azərbaycanım” Beynəlxalq VII Uşaq və Gənc Rəsm Festivalı işə başlayacaq. Festival Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası, Xətai Sənət Mərkəzi, Beynəlxalq Suluboya Cəmiyyəti Azərbaycan nümayəndəliyi və Beynəlxalq Suluboya Cəmiyyəti, Xətai Uşaq Sənəti Qalereyasının təşkilatçılığı ilə keçirilir.

YeniAvropa xəbər verir ki, bu barədə Xətai Sənət Mərkəzindən  bildirilib. Festival 28 May-Müstəqillik Gününə həsr olunub.

Qeyd edək ki, festival çərçivəsində elan olunmuş müsabiqənin qalibləri də mükafatlandırılacaq. Müsabiqənin sərgiləri mayın 13-dən 17-dək növbəli şəkildə Xətai Sənət Mərkəzində açılıb. Akvarel texnikasında və mövzusu güllər olan müsabiqəyə 2500-ə yaxın 8-21 yaşarası Azərbaycan gəncləri ilə yanaşı, Türkiyə, İran, Peru, Litva, Gürcüstan, Yaponiya, Vyetnam, Hindistan vətəndaşı qatılıb və bu sərgilərdə 800-ə yaxın əsər yaş qrupuna uyğun sərgilənib. Bu sərgilərdən hər yaş qrupu üzrə 10 əsərin müəllifi festivala dəvət alıb. Sərgilərdə iştirak edən xarici vətəndaşlar sertifikatla, festivala seçilən əsərlərin müəllifləri isə diplomla mükafatlandırılacaq.