İran konstitusiyasının 131-ci maddəsinə əsasən, ölkə prezidenti vəzifəsini müvəqqəti olaraq vitse-prezident icra edəcək.
YeniAvropa xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb. Məlumata görə, Ali Rəhbərin təsdiqi ilə İranın məhkəmə hakimiyyətinin başçısı, parlament sədri və vitse-prezidentdən ibarət şura 50 gün ərzində seçkilərin keçirilməsi üçün tədbirlər görəcək.
İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei İran xalıqını əmin edib ki, hökumətin işində fasilələr olmayacaq.