logo

Avropa çempionatı: Azərbaycan güləşçisi finala yüksəlib

19:19 20-05-2024 | icon 1141
Avropa çempionatı: Azərbaycan güləşçisi finala yüksəlib

Azərbaycan güləşçisi Ziya Babaşov Bakıda keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.

YeniAvropa xəbər verir ki, 63 kiloqramda mübarizə aparan idmançı yarımfinalda israilli Abere Fetene ilə üz-üzə gəlib.

Rəqibinə 5:3 hesabı ilə qalib gələn Z. Babaşov adını finala yazdırıb.

Daha əvvəl 55 kiloqramda mübarizə aparan Rəşad Məmmədov gürcüstanlı Giorgi Toxadzeyə məğlub olub. O, sabah 3-cü yer uğrunda görüşə çıxacaq.

Qeyd edək ki, Avropa çempionatı mayın 24-də başa çatacaq.