logo

İsmayıllıda 30 yaşlı qadın qeysəriyyə əməliyyatından sonra ölüb

10:50 25-12-2023 | icon 1225
İsmayıllıda 30 yaşlı qadın qeysəriyyə əməliyyatından sonra ölüb

Dekabrın 24-də saat 10 radələrində İsmayıllı rayon sakini, 1992-ci il təvəllüdlü Ülviyyə Əhmədovanın xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, ilkin araşdırmalarla Ülviyyə Əhmədovanın bir gün öncə qeysəriyyə əməliyyatı olunduğu müəyyənləşdirilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.