Mərkəzi Bank “Kartla ödə, kartla qazan” lotereyasına start verir
Fevralın 1-dən Azərbaycan Mərkəzi Bankı (AMB) cəmiyyətdə rəqəmsal ödənişlərin aparılmasına ictimai marağın artırılması, rəqəmsal ödəniş vərdişlərinin aşılanması və nağdsız ödənişlərin genişləndirilməsi məqsədilə geniş əhali təbəqəsini əhatə edən və bütün ölkə miqyasında keçiriləcək "Kartla ödə, kartla qazan" adlı stimullaşdırıcı lotereyaya start verir.
YeniAvropa-ya bildirilib ki, üç tiraj üzrə keçiriləcək stimullaşdırıcı lotereya, müvafiq olaraq fevral, mart və aprel aylarını əhatə edəcək. Bu dövrdə Azərbaycandakı banklar tərəfindən emissiya edilmiş ödəniş kartları ilə ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərinin POS-terminallarında minimum 5 manat məbləğində nağdsız əməliyyat aparan hər bir kart istifadəçisi avtomatik olaraq lotereyada iştirak hüququ əldə edəcək. Yəni, 5 manatdan yüksək hər bir əməliyyat kart istifadəçisinə 1 şans verəcək.
Lotereyanın uduş məbləği 50 manat məbləğində nəzərdə tutulur və hər tirajın uduş fondu oynanıldıqdan sonra qalib olan şəxsin kart hesabına daxil ediləcək. Lotereyada bütün növ ödəniş kartları, o cümlədən pensiya, əməkhaqqı, təqaüd və tələbə kartları iştirak edəcək. Lotereya dövründə ümumilikdə ölkə üzrə 1800 nəfərin qalib olacağı planlaşdırılır.
Lotereya haqqında daha ərtaflı məlumat Mərkəzi Bankın rəsmi internet səhifəsində yerləşdirilib. Ödəniş kartı emissiya edən bankların kommunikasiya və müştəri xidməti personalı təlimatlandırılıb. Azərbaycan Banklar Assosiasiyası lotereyanın kommunikasiyası üzrə Mərkəzi Bankın tərəfdaşıdır. Bank tərəfindən növbəti illərdə də analoji kampaniyaların keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, lotereya "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi" və "2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı" üzrə Mərkəzi Banka verilən tapşırıqlar çərçivəsində əhalinin rəqəmsal ödənişlərə stimullaşdırılması, təsərrüfat subyektlərində nağdsız ödəniş vərdişlərinin formalaşdırılması və iqtisadiyyatda nağdsız dövriyyənin artırılması məqsədilə keçirilir.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb