Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ABŞ Konqresi Kiyevə ümumilikdə 182,99 milyard dollar ayırıb.
YeniAvropa xəbər verir ki, bu barədə məlumat Pentaqonun baş müfəttişinin məruzəsində yer alıb. Həmin vəsait Ukraynaya Pentaqon, Dövlət Departamenti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) daxil olmaqla federal qurumlar vasitəsilə ötürülüb.
Ayrılan vəsaitin 131,36 milyard dolları Ukraynanın hərbi ehtiyaclarına yönəldilib və bu, hər il artan templə davam edib.
Bir müddət öncə, Pentaqon Ukraynanın Şimali Atlantika Alyansına və Avropa İttifaqına gedən yolunu korrupsiyanın əngəllədiyini bildirib. ABŞ Müdafiə Nazirliyi, həmçinin xəbərdarlıq edib ki, korrupsiya və qanunun aliliyi ilə bağlı problemlər müharibədən sonra Ukraynanın iqtisadi dirçəlişinə də maneə törədəcək.