Bu gün Azərbaycanın növbəti cüdoçuları Polşanın Pila şəhərində keçirilən U-23 Avropa çempionatında mübarizəyə qoşulacaqlar.
YeniAvropa xəbər verir ki, yarışın ikinci günündə qadınlar və kişilər arasında 5 çəki dərəcəsində 6 idmançımız tatamiyə çıxacaq.
Qadınlar arasında Nərmin Əmirli (78 kiloqram), kişilər arasında isə Məhərrəm İmamverdiyev, Ömər Rəcəbli (hər ikisi 81 kiloqram), Aslan Kotsoyev (90 kiloqram), Əjdər Bağırov (100 kiloqram) və Kənan Nəsibov (+100 kiloqram) güclərini sınayacaqlar.
Qeyd edək ki, Avropa çempionatının ilk günündə Azərbaycanın 4 cüdoçusu fəxri kürsüyə qalxıb. Hüseyn Allahyarov (60 kiloqram) və Fidan Əlizadə (57 kiloqram) qitə çempionu olublar, Aydan Vəliyeva (52 kiloqram) gümüş, Rüfət Şövlətov (73 kiloqram) isə bürünc medal qazanıb.
Noyabrın 17-dək davam edəcək Avropa çempionatında Azərbaycan 11 çəki dərəcəsində 15 idmançı ilə təmsil olunur.