COP29 çərçivəsində “Yaşıl inkişaf portalı”nın istifadəyə verilməsi bizim üçün ən vacib praktiki təşəbbüslərdən biridir. Bu təşəbbüs COP29 sədrliyinin irəli sürdüyü iqlim maliyyəsi ilə bağlı təşəbbüslərdən biridir. Biz onları İqlim Maliyyəsi ilə bağlı Bakı təşəbbüsləri (BİCFİT) adlandırırıq.
YeniAvropa xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Yaşıl inkişaf portalı”nın istifadəyə verilməsi il bağlı keçirilən tədbirdə deyib.
“Əgər biz investisiya yatırırıqsa, hansısa ticarət tranzaksiyası keçirilsə, öz iqtisadi siyasətimizə iqlim maliyyəsini daxil etmiriksə, çox güman ki harada olmaq istədiyimizə nail ola bilmərik. Bu məsələlər koordinasiyalı şəkildə aparılmalıdır. Dünən bununla bağlı təşəbbüs irəli sürülüb”, - deyə nazir qeyd edib.
M.Cabbarov bildirib ki, bu portal hamı üçün əlçatan olacaq: “Düşünürəm ki, bu, çox vacib məqamdır. Onların içərisində özəl sektor, hökumət nümayəndələri, maliyyə institutları var. Biz inklüzivliyin gücünə inanırıq. Mən bu təşəbbüsü dəstəklədiyinə görə SOCAR-a təşəkkür edirəm. SOCAR bu təşəbbüsə öz töhfəsini verib. Mən, həmçinin Harvard Universiteti rəhbərliyinin Azərbaycan iqtisadiyyatını şaxələndirmə sahəsində bizimlə birgə əməkdaşlığını təqdir edirəm”.