logo

Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq

14:14 15-11-2024 | icon 252
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq

Sabah Çin şirkətləri ilə bərpa olunan enerjinin saxlanması sistemləri və enerji səmərəliliyi sahəsində 3 yeni sənəd imzalanacaq.

YeniAvropa xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, eyni sahədə üç müqavilə artıq imzalanıb: "COP29 Azərbaycanın Yaşıl enerji transformasiyasında qətiliyini göstərən bir çox uğurlarla yadda qalıb. Bura Şərqi Zəngəzurda günəş elektrik stansiyasının təməlqoyması, "Yaşıl Enerji Dəhlizi" üzrə energetika nazirlərinin görüşündə alınan mühüm qərarlar, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “yaşıl enerji”nin inkişafı və ixracı ilə bağlı razılıq daxildir. Həmçinin Səudiyyə Ərəbistanının da bu layihəyə daxil edilməsi qərara alınıb. Bundan əlavə Azərbaycan hidrogen strategiyasını açıqlayıb və Paris Sazişi çərçivəsində Beynəlxalq Atom Enerjisi Agentliyi ilə enerji planlamasına dair əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalanıb.