“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
“SOCAR Green” və “Holcim Azerbaijan” Azərbaycanda sənaye əməliyyatlarının ətraf mühitə təsirini azaltmağa yönəlmiş bərpaolunan enerji həllərini inkişaf etdirmək üçün Anlaşma Memorandumu imzalayıb.
YeniAvropa xəbər verir ki, bu tərəfdaşlıq bərpaolunan enerji və innovativ davamlı texnologiyalar vasitəsilə “Holcim”in istehsal prosesinin dekarbonizasiyasını hədəfləyir və hər iki şirkətin davamlı sənaye təcrübələrinin təşviqinə, ətraf mühitə təsirin azaldılmasına sadiqliyini əks etdirir.
Bu sənəd “Holcim”in 2050-ci il üçün qlobal xalis sıfır öhdəliyini dəstəkləyərək, bərpaolunan enerji imkanlarını araşdırmaq üçün çərçivə yaradır. Bu iddialı məqsədlərə çatmaq üçün “Holcim” alternativ yanacaq istifadəsi, dövri iqtisadiyyat təcrübələri, innovativ karbonun tutulması, istifadəsi və saxlanılması texnologiyaları daxil olmaqla, sənaye sahəsində qabaqcıl tədbirlər həyata keçirir.
“Bu tərəfdaşlıq “SOCAR Green” ilə birgə Azərbaycanda dekarbonizasiya məqsədlərimizi dəstəkləmək üçün bərpaolunan enerji imkanlarını araşdırmağa kömək edəcək”, - deyə “Holcim Azerbaijan”ın baş icraçı direktoru Xalid Samaka bildirib. Deyib ki, əməliyyatlarımıza davamlı enerji həllərini inteqrasiya edərək “Holcim”in qlobal xalis sıfır yolunda əhəmiyyətli addım atırıq və eyni zamanda, milli davamlı inkişaf hədəflərini də dəstəkləyirik.
“SOCAR Green”in baş direktoru Elmir Musayev də əməkdaşlıqdan məmnunluğunu ifadə edərək vurğulayıb: “Holcim Azerbaijan” ilə imzaladığımız Anlaşma Memorandumu tikinti sektorunda daha yaşıl enerji həllərinin təşviqində əhəmiyyətli bir mərhələdir. Birlikdə “SOCAR Green”in strateji prioritetləri ilə tam uyğun olan davamlı inkişafı irəli aparmaq öhdəliyi daşıyırıq”.
Davamlı tikinti sahəsində qlobal lider olan “Holcim”in Azərbaycanın bərpa olunan enerji keçidində lider mövqeyində dayanan “SOCAR Green” ilə tərəfdaşlığı, əməliyyatlarının ətraf mühitə təsirini azaltmağa sadiqliyini vurğulayır və Azərbaycanın daha davamlı, azkarbonlu bir gələcəyə dair vizionuna uyğun gəlir. Birlikdə işləyərək, hər iki şirkət sənayedə əhəmiyyətli dəyişikliklər yaratmaq və Azərbaycanın və ondan kənarda davamlı bir gələcəyə töhfə vermək mövqeyindədir.
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır