logo

İlham Əliyev  Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib

16:16 16-11-2024 | icon 266
İlham Əliyev  Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib

Prezident İlham Əliyev noyabrın 16-da Əl-Əzhərin Şeyxi, Müsəlman Ağsaqqalları Şurasının sədri Əhməd Əl-Tayyiba başsağlığı məktubu ünvanlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir: "Zati-həzrətləri,

Ailənizə üz vermiş ağır itki – bacınız Samiha Məhəmməd Əl-Tayyibin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu üzüntülü anlarda dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə səbir diləyir, dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"