logo

Paytaxtın bir hissəsində su olmayacaq

11:10 30-01-2019 | icon 2975
Paytaxtın bir hissəsində su olmayacaq

Abşeronun və Bakının qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

YeniAvropa xəbər verir  ki, bu barədə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib . Qeyd edilib ki, magistral su xəttində aparılan yenidənqurma işləri ilə əlaqədar yanvarın 30-da Abşeronun Saray və Ceyranbatan qəsəbələrinə, həmçinin Bakının Binəqədi qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Azərsu" yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.