logo

Ötən il 11,2 milyard m3 qaz Azərbaycanın daxili tələbatı üçün istifadə edilib

17:28 29-01-2019 | icon 3178
Ötən il 11,2 milyard m3 qaz Azərbaycanın daxili tələbatı üçün istifadə edilib

2018-ci ildə SOCAR 11,2 milyard kubmetr həcmində təbii qazı Azərbaycanın daxili tələbatının təminatı məqsədilə istifadə edib.

 YeniAvropa xəbər verir  ki, bu barədə şirkət məlumat yayıb. Bildirilir ki, SOCAR tərəfindən bazarlarda reallaşdırılan təbii qazın 89 faizə yaxın hissəsi məhz Azərbaycanın daxili tələbatına yönləndirilərək daxili tələbat tam ödənilib, qalan 2 milyard kubmetrədək qaz həcmi qaz anbarlarına vurulub, 1,42 milyard kubmetr qaz isə birbaşa SOCAR tərəfindən Türkiyə və Gürcüstan bazarlarına ixrac edilib.

Ötən il respublika üzrə təbii qazın ümumi ixracı 9,44 milyard kubmetr təşkil edib ki, bu da 2017-ci illə müqayisədə 11 faiz çoxdur. Bütün ixracatçılar tərəfindən Türkiyə bazarına ümumilikdə 7,23 milyard, Gürcüstan bazarına isə 2,21 milyard kubmetr təbii qaz ixrac olunub.