Quba rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.
YeniAvropa xəbər verir ki, bu barədə Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən məlumat verilib. Bildirilib ki, Qırız və Xınalıq kəndlərinə qarın hündürlüyü 4 santimetrə çatır. Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur mənfi 3 dərəcəyədək aşağı düşüb.
Xınalıq sakinlərinin bildirdiyinə görə, hazırda kəndə qar yağmaqda davam edir.