logo

SOCAR ötən il dövlət büdcəsinə 1,6 milyard manat vəsait ödəyib

11:29 29-01-2019 | icon 3094
SOCAR ötən il dövlət büdcəsinə 1,6 milyard manat vəsait ödəyib

SOCAR 2018-ci il ərzində dövlət büdcəsinə 1 milyard 604 milyon 514 min manat vəsait ödəyib. Şirkətin büdcə ödənişləri əvvəlki ilə nisbətən 93 milyon 481 min manat, yəni 6,2 faiz artıb.

YeniAvropa xəbər verir  ki, bu barədə  SOCAR-dan verilən məlumatda qeyd edilib. Bildirilib ki, şirkət hesabat ilində Dövlət Sosial Müdafiə Fonduna isə 172 milyon 469 min manat vəsait ödəyib. Bu da 2017-ci illə müqayisədə 10,6 faiz artım deməkdir.