logo

Bakıda Azərbaycan-Almaniya yüksək səviyyəli İşçi Qrupunun iclası keçiriləcək

18:13 28-01-2019 | icon 3129
Bakıda Azərbaycan-Almaniya yüksək səviyyəli İşçi Qrupunun iclası keçiriləcək

Yanvarın 31-də Bakıda Azərbaycan-Almaniya yüksək səviyyəli İşçi Qrupunun 8-ci iclası keçiriləcək.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, iclasda Azərbaycan və Almaniya arasında iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti, İşçi Qrupunun 7-ci iclasından ötən dövrdə görülmüş işlər, qarşıdakı dövr üçün iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi və digər məsələlər müzakirə olunacaq.

Xatırladaq ki, İşçi Qrupunun iclasları növbəlilik prinsipi ilə hər iki ölkədə təşkil edilir, sonuncu - 7-ci iclas 2017-ci ilin noyabrında Berlində keçirilib.