Yanvarın 29-da Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər edəcək.
QMİ-nin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, səfərdə məqsəd Moskva və bütün Rusiya patriarxı Kirilin Rus Pravoslav Kilsəsinin başçısı seçilməsinin 10-cu ildönümü münasibətilə Moskvada keçiriləcək iki günlük təntənəli mərasimdə iştirak etməkdir.
Qeyd edilib ki, səfər patriarx Kirilin şəxsi dəvəti əsasında gerçəkləşəcək.
Yanvarın 30-31-də Moskvada keçiriləcək tədbirlər çərçivəsində QMİ sədrinin patriarx Kirillə görüşü, Kremldə Rusiyanın dövlət rəhbərliyi, habelə bir çox dini liderlərin və yüksək səviyyəli xarici qonaqların iştirakı ilə keçiriləcək təntənəli tədbirlərdə görüşləri nəzərdə tutulub.