logo

Səhiyyə Nazirliyi dünya çempionu Xamis Məmmədovun ölümü barədə

12:15 28-01-2019 | icon 3388
Səhiyyə Nazirliyi dünya çempionu Xamis Məmmədovun ölümü barədə

İlkin rəyə əsasən qaydasız döyüş üzrə dünya çempionu Xamis Məmmədov ağciyər tromboemboloyası nəticəsində vəfat edib.

YeniAvropa xəbər verir  ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda qeyd edilib. Bildirilib ki, idmançı Xamis Məmmədov kəskin pnevmoniya diaqnozu ilə yanvarın 24-də Sabunçu rayon 3 nömrəli şəhər xəstəxanasına çatdırılıb: "Görülən bütün reanimasiya tədbirlərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və idmançı yanvarın 26- da vəfat edib. Mərhumun yaxınları meyitin tibbi ekspertizaya göndərilməsinə qəti etiraz ediblər və Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində müayinə edilmədiyindən onun hansı səbəbdən ölməsini dəqiq söyləmək mümkün deyil. Ona görə də yalnız ilkin rəyə əsasən xəstəyə ağciyərlərin tromboemboliyası diaqnozu qoyulub".

Xatırladaq ki, Xamis Məmmədov 1984-cü il iyunun 24-də Sabirabad rayonunda anadan olub. O, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb. Daha sonra isə Azərbaycan Respublikası Vergilər Nazirliyində çalışıb.

Karyerası boyu bir çox beynəlxalq yarışlarda mükafatlar almış X.Məmmədov universal döyüş üzrə Avropa üçüncüsü və dünya çempionudur. O, 16 peşəkar döyüşdən yalnız üçündə məğlub olub.