Lənkəran rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
YeniAvropa xəbər verir ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Digah kənd sakini Fərid Əsgərov polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı psixotrop maddə hesab edilən metamfetamin aşkar olunaraq götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq Fərid Əsgərovun yaşadığı evə keçirilən baxış zamanı oradan 3 kiloqram 166 qram narkotik vasitə olan marixuana, 681 qram heroin, 1,7 qram tiryək, 2 qram metamfetamin və metadon aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma davam etdirilir.