logo

Xətai rayonunda əl qumbarası aşkarlanıb

22:51 26-01-2019 | icon 2744
Xətai rayonunda əl qumbarası aşkarlanıb

Yanvarın 26-da saat 12:35-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhərinin Xətai rayonundakı M.Hadi küçəsi 90 ünvanında bir əl qumbarasının tapılması barədə məlumat daxil olub.

ANAMA-dan YeniAvropa-ya bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Bakı Şəhər Baş Polis İdarəsinin Xətai rayon Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Qurumun mütəxəssisləri, Xətai rayon Polis İdarəsinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları ilə birlikdə qeyd olunmuş əraziyə baxış keçiriblər. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssislərinin FHN-in əməkdaşları ilə birlikdə həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd F-1 əl qumbarası (partladıcısı üzərində olmayan) aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Qumbaranın ətrafı agentliyin mütəxəssisləri tərəfindən 200 kvadratmetr yerüstü, 150 kvadratmetr isə yeraltı yoxlanılıb, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.