logo

Yeni Günəşli və Zığ sürüşmə sahəsində aktivlik var

16:08 17-01-2018 | icon 2275
Yeni Günəşli və Zığ sürüşmə sahəsində aktivlik var

Bakının Suraxanı rayonunun Yeni Günəşli yaşayış massivindəki "Günəşli Yaylası" çökmə-oturma sahəsi və Zığ sürüşmə sahəsindəki çatlarda müəyyən qədər artım var. YeniAvropa xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidməti geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib. Onun sözlərinə görə, bu ərazidə çat qeydə alınan evlərin sayı artıb. Eyni zamanda çatların eni də genişlənib.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun bir müddət əvvəl verdiyi məlumata görə, Bakıda Əhmədli şosesi, Zığ şosesi, Binəqədi, Bayıl, Badamdar, Masazır gölünün ətrafında - ümumilikdə təxminən 20 yerdə böyük sürüşmə sahəsi var. Həmin sürüşmə sahələrində 150 mindən çox əhali məskunlaşıb. (Trend)