Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib
Kənd təsərrüfatı, sənaye, tikinti, nəqliyyat, neft və iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərən 100-dən çox biznes struktur və təşkilat nümayəndələrinin iştirakı ilə Azərbaycan-Rusiya İşgüzar Şurasının ümumi iclası keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, iclası İşgüzar Şuranın idarə heyətinin sədri Səməd Qurbanov açaraq ötən il ərzində təşkilatın fəaliyyətinin yüksək aktivliyini və müsbət nəticələrini qeyd edib. S.Qurbanov cari ildə Azərbaycan-Rusiya İşgüzar Şurasının iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın inkişafı üçün mövcud potensialı maksimal səviyyədə istifadə etmək niyyətində olduğunu vurğulayıb.
İclas inzibati məsələlərin müzakirəsi ilə davam edib.
Səsvermə zamanı "Logistika", "Qida məhsulları və kənd təsərrüfatı", "Sertifikatlaşdırma və gömrük proseduraları" komissiyalarının sədrləri Natiq Heydərov, İsmayıl Orucov və Namiq Tağıyev seçilib. Həmçinin N.Heydərov idarə heyətinin müavini seçilib.
Daha sonra Azərbaycan-Rusiya İşgüzar Şurasının www.ards.az portalının yeni imkanlarının təqdimatı keçirilib. İşgüzar Şura haqqında ətraflı məlumatla yanaşı, portal şura üzvlərinə "Şəxsi kabinet" vasitəsilə geniş funksiyalar təqdim edir. Belə ki, “Şəxsi kabinet”də elektron qeydiyyat funksiyası ilə tədbirlər proqramı yerləşdiriləcək. Bundan əlavə, şura üzvləri Rusiya şirkətlərindən əməkdaşlıq təkliflərinə xüsusi giriş imkanı əldə edəcək və yeni tərəfdaşlarla əlaqə yaratmaq üçün "Maraqlı olduğunu bildirmək" funksiyasından istifadə edə biləcəklər. Həmçinin "Şəxsi kabinet"də şura üzvləri bildirişlər alaraq, habelə məktub və sorğular göndərərək şura rəhbərliyi ilə ünsiyyət qura biləcəklər.
İclasın yekun hissəsində iştirakçılar 2019-cu ilin birinci yarısına olan tədbir və layihələr planını müzakirə ediblər.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb