Yanvarın 26-da həyata keçirilməli olan Bağdad-Bakı-Bağdad aviareysi ləğv edilib.
YeniAvropa xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosunda müvafiq məlumat yerləşdirilib. Qeyd edilib ki, “Al Naser Wings Airlines” aviaşirkətinin yerli vaxtla saat 18:00-da “NG 231” saylı Bağdaddan Bakıya olan uçuşu ləğv edilib. Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyi üçün aviaşirkətin yerli vaxtla saat 19:00-da Bakıdan Bağdada “NG 232” saylı uçuşu da ləğv olunub. Aviareyslər “Boeing 737-400” təyyarəsi ilə həyata keçirilməli idi.
Bağdad-Bakı-Bağdad aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.