Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndində yaşadığı evinin qarşısındakı oğurlanan barelyefinin yerinə asılan yeni lövhə narazılığa səbəb olub. YeniAvropa xəbər verir ki, yeni vurulan barelyefdə Azərbaycan Xalq Cümhuriyyəti “Azərbaycan Dövlət Cümhuriyyəti” kimi yazılıb. Həmçinin Müsavat Partiyası “Milli Müsavat Partiyası”, “Məhəmməd Əmin Rəsulzadə” isə “Məmmədəmin Rəsulzadə” kimi qeyd olunub.
Yerli KİV-in məlumatına görə, sözügedən yazın Novxanı kənd 1 №-li tam orta məktəbin müəllimləri yazıblar. Bildiirlib ki, Novxanı Bələdiyyə sədri Şahin Tağıyev adıçəkilən təhsil müəssiəsinə barelyefin üzərində Məhəmməd Əmin Rəsulzadə barədə məlumat yazmaq üçün müraciət edib. Həmin vaxt orada tarix müəllimləri olmadığı üçün bu yazını informatika və ibtidai sinif müəllimləri yazıblar. Bu cümlələrin yazılmasında isə texniki səhvə yol verilib. Çünki həmin vaxt köhnə barelyefin üzərindəki yazıları internetdə dəqiq oxuya bilməyən müəllimlər bu cür yazılmağına qərar veriblər.
Novxanı Bələdiyyəsindən isə bildirilib ki, barelyef yaxın günlərdə yenisi ilə əvəzlənəcək.