Azərbaycandakı mehmanxanalar ötən il 360 milyon manatadək gəlir əldə ediblər
Ötən il ölkədəki mehmanxanaların gəlirləri 359,4 milyon manat olub.
Dövlət Statistika Komitəsindən YeniAvropa-ya bildirilib ki, 2018-ci ildə ölkə üzrə mehmanxanalarda 3 milyon 2,6 min gecələmə keçirilib. Bu da 2017-ci illə müqayisədə 15,9 faiz çoxdur. Gecələmələrin 59,1 faizi Bakıda, 10,4 faizi Qəbələdə, 5,4 faizi Xaçmazda, 4,1 faizi Naftalanda, 3,8 faizi Qubada, 3,6 faizi Qusarda, 2,9 faizi Naxçıvan Muxtar Respublikasında, hər birində 0,9 faiz olmaqla Qax və Gəncədə, 0,8 faizi Lənkəranda, 8,1 faizi isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı əvvəlki ilə nisbətən 20,3 faiz artaraq 2 milyon 49,7 min olub ki, bu da ümumi gecələmələrin 68,3 faizini təşkil edir. Gecələmələrin 13,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 11,3 faizi Rusiya Federasiyası, 8,8 faizi Səudiyyə Ərəbistanı, 4,9 faizi İran, 4,3 faizi Türkiyə, 4,2 faizi Hindistan, 3,8 faizi İsrail, 3,1 faizi Küveyt, 2,7 faizi İraq, hər biri üzrə 2,6 faiz olmaqla Böyük Britaniya və ABŞ, 2,5 faizi Pakistan, 2,4 faizi Qətər, 1,6 faizi Qazaxıstan, 1,3 faizi Oman, 1,2 faizi Almaniya, 1,1 faizi Ukrayna, 1 faizi Bəhreyn, 26,8 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 74,2 faizi Bakıda, 10 faizi Qəbələdə, 3,7 faizi Naftalan şəhərində, 3,2 faizi Qusarda, 3,1 faizi Naxçıvan Muxtar Respublikasında, 3 faizi Qubada, 2,8 faizi isə digər rayon və şəhərlərdəki mehmanxanalarda qeydə alınıb. Azərbaycan Respublikası vətəndaşları üzrə keçirilmiş gecələmələrin sayı 2017-ci illə müqayisədə 7,5 faiz artaraq 952,9 minə çatıb.
2018-ci ildə mehmanxanaların gəlirləri əvvəlki illə müqayisədə 26,3 faiz çox və ya 359,4 milyon manat olub ki, onun da 66,9 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 24 faizi içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 3,3 faizi müalicə və sağlamlıq xidmətlərindən, 5,8 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
Ötən il mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ölkə üzrə orta göstəricisi 21,4 faiz (2017-ci ildə 17,1 faiz) təşkil edib. Bu göstərici Naftalanda 54,8 faiz, Qəbələdə 37,3 faiz, Bakıda 36,1 faiz, Kürdəmirdə 34,7 faiz, Ağstafada 32,7 faiz, Şəmkirdə 30,4 faiz, Beyləqanda 26,3 faiz, digər şəhər və rayonlarda isə orta ölkə göstəricisindən aşağı olub. Mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ən yüksək orta göstəricisi (37,5 faiz) avqust ayında qeydə alınıb.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb