Türkmənistan neftinin Rusiyanın Qara dənizdəki Novorossiysk limanına ixracı fevralda bərpa olunacaq.
YeniAvropa xəbər verir ki, Mahaçqala-Novorossiysk kəməri ilə ayda 200 min tonadək türkmən nefti nəql ediləcək. “Vitol” şirkəti ikiillik fasilədən sonra Mahaçqalada “Okarem” və “Çeleken” yataqlarından hasil edilən türkmən neftinin Novorossiysk limanına nəqlinə başlayıb. 2019-cu ildə Mahaçqala limanı vasitəsilə 1,5 milyon ton türkmən neftinin daşınması planlaşdırılır.
Qeyd edək ki, hazırda türkmən nefti Türkiyənin Aralıq dənizindəki Ceyhan limanına Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə çatdırılır.
Xatırladaq ki, türkmən neftinin Dağıstan vasitəsilə daşınması 2016-cı ildə dayandırılmışdı.