“Azərişıq” ASC-nin daha 2 xidməti “ASAN xidmət”ə verildi
"Azərişıq" ASC-nin "ASAN xidmət" və "ASAN Kommunal" vasitəsilə abonentlərə göstərdiyi xidmətlərin sırasına daha 2 yeni xidmət əlavə olunaraq onların sayı 15-ə çatdırılıb.
ASC-nin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, yanvarın 25-dən etibarən ölkədəki bütün "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində "Çoxmənzilli binalarda yaşayış mənzillərin qeydiyyata alınması" və "Elektrik təchizatının layihələndirilməsi və quraşdırılması" xidmətləri fəaliyyətə başlayıb. Şəffaflıq və operativliyin təmin edilməsi, işin asanlaşdırılması məqsədilə "ASAN xidmət" mərkəzlərində yaradılan "Çoxmənzilli binalarda yaşayış mənzillərin qeydiyyata alınması" xidməti "Azərişıq" ASC ilə Mənzil Tikinti Kooperativləri (MTK), MMC və digər müəssisələrlə münasibətləri tənzimləyəcək. Bununla da çoxmənzilli yaşayış binalarında mənzil sahiblərinin elektrik şəbəkəsinə qoşulması üçün fərdi qaydada müraciət etmələrinə ehtiyac qalmayacaq, eyni zamanda, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq onlardan qoşulma haqqı tələb edilməyəcək. Həmçinin MTK sahibləri də sənədləşmə işini yerində həll edə biləcəklər.
"ASAN xidmət" vasitəsilə yeni yaradılan "Elektrik təchizatının layihələndirilməsi və quraşdırılması" xidmətinə gəldikdə isə burada sahibkarların tikəcəyi və ya quraşdıracağı yarımstansiyalar, transformatorlar, elektrik xətləri, obyektlərin daxili və xarici elektrik təchizatı layihələndiriləcək və onun əsasında tikinti quraşdırma işlərinin həyata keçirilməsi təklif olunacaq.
İndiyədək bir sıra Mənzil Tikinti Kooperativləri çoxmənzilli binalara ümumi texniki şərt əldə edir, bəzi hallarda əhali abonentlərdən enerji haqqının ödənişi, qeyri-əhalinin ödənişi kimi qeydə alınır, sayğacla təmin edilmə prosesində vətəndaşlardan "Azərişıq” ASC-yə adiyyəti olmayan əlavə vəsait tələb edilir, bu isə vətəndaşların narazılığına səbəb olurdu.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb