logo

Bakıda tikintiyə icazələrin alınması 138 prosedurdan 7-ə endirilib

12:57 25-01-2019 | icon 2919
Bakıda tikintiyə icazələrin alınması 138 prosedurdan 7-ə endirilib

Yanvarın 25-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Bakı şəhəri üzrə tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınması üzrə elektron müraciət sisteminin təqdimatı keçirilib.

YeniAvropa xəbər verir  ki, komitənin beynəlxalq əlaqələr və informasiya texnologiyaları şöbə müdiri Rüfət Mahmud yeni sistemin üstünlüklərindən danışıb. Bildirib ki, tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınması proseduru 116 gündən 18 günədək azaldılıb. Sahibkarların xərcləri isə 4 dəfəyədək aşağı düşüb. Ötən il prosedurların sayı 138 idi, lakin yeni qaydalara əsasən, bu, 7 prosedura qədər azaldılıb. Sahibkar 18 gün ərzində tikintiyə icazəni əldə edə biləcək. Əvvəllər isə bu 116 gün idi. Yeni qaydalara əsasən, obyekt 10 gün ərzində istismara başlaya bilər.