logo

Tikintidə baş verən qanun pozuntularına görə Baş prokurorluğa müraciət edilib

11:14 25-01-2019 | icon 2975
Tikintidə baş verən qanun pozuntularına görə Baş prokurorluğa müraciət edilib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ötən il qeydə alınmış pozuntularla bağlı Baş prokurorluğa müraciət edib.

YeniAvropa xəbər verir  ki, bunu qurumun sədri Samir Nuriyev 2018-ci ilin yekunlarına həsr olunmuş geniş tərkibli kollegiya iclasında vurğulayıb.

O bildirib ki, 2018-ci ildə Bakı şəhərinin 8 rayonunun, habelə ölkənin 6 ayonunun icra hakimiyyəti orqanlarının fəaliyyətinə dövlət şəhərsalma nəzarəti çərçivəsində şəhərsalma qanunvericiliyinin və normativ-hüquqi sənədlərin tələblərinin pozulması faktları aşkar edilib, bununla bağlı müvafiq nöqsanları aradan qaldırmaq məqsədilə ümumilikdə 22 icrası məcburi olan “Göstəriş” tərtib olunaraq yerli icra hakimiyyəti orqanlarına təqdim olunub.

“ Eyni zamanda, 21 fakt üzrə pozuntularda cinayət əməlləri olduğundan müvafiq məlumat Azərbaycan Baş prokurorluğuna təqdim olunub, faktlar üzrə araşdırmalara başlanılıb, bir hissəsi üzrə cinayət işləri açılıb”, - o bildirib.