logo

Bakıda ilk dəfə “Aşpazlar Kuboku” çempionatı keçiriləcək

16:11 24-01-2019 | icon 2653
Bakıda ilk dəfə “Aşpazlar Kuboku” çempionatı keçiriləcək

Mayın 15-17-də Bakı Ekspo Mərkəzində keçiriləcək "World Food Azerbaijan 2019" sərgisi çərçivəsində birinci "CHEFS CUP 2019" (Aşpazlar Kuboku 2019) çempionatı təşkil olunacaq.

"Iteca Caspian" şirkətindən YeniAvropa-ya bildirilib ki, çempionatda iştirak Azərbaycanın bütün bölgələrindən olan və aşpazlıq sənətinin müxtəlif sahələrini təmsil edən komanda və fərdlərə öz işlərində yüksək peşəkarlıqlarını, istedadlarını və dünya miqyasında mehmanxana-restoran biznesinin tələbləri ilə ayaqlaşmaq arzusunu nümayiş etdirmək üçün fürsət yaradır. Yarışa beynəlxalq çempionatların təşkili və hakimliyi üzrə böyük təcrübəyə malik mütəxəssislər cəlb edilib.