logo

Narkotik vasitələrin realizə edilməsi cəhdinin qarşısı alınıb.

11:59 24-01-2019 | icon 4627
Narkotik vasitələrin realizə edilməsi cəhdinin qarşısı alınıb.

Narkotik vasitələrin realizə edilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsində YeniAvropa-ya bildirilib ki, komitənin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə İran İslam Respublikasından Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsi, saxlanması, daşınması və realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Məlumata əsasən, Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin əməkdaşlarının Biləsuvar rayonu ərazisində keçirdiyi əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşları Bəşirov Rövşən Bəhmən oğlu və Alməmmədov Elşad Gülağa oğlu saxlanılıb, onlardan şərti alıcıya satmaq istədikləri, 11 ədəd polietilen paketlərdə, ümumi çəkisi 1306,8 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.