Bu il yanvarın 10-da prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin baxış keçirdiyi Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşa edilmiş S-206 nömrəli “Tufan” tipli sərhəd gözətçi gəmisi yanvarın 23-də Xəzər dənizinə endirilib və xidməti-döyüş fəaliyyətinə başlayıb.
DSX-nin mətbuat mərkəzindən YeniAvropa-ya bildiriblər ki, Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin edilməsi, neft-qaz hasilatı və daşınması infrastrukturunun etibarlı mühafizəsinin təşkil olunması üzrə vacib vəzifələri yerinə yetirən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin xidməti döyüş imkanlarının gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir.