Milli Məclisin deputatı Əsabil Qasımovun oğlu faciəli şəkildə dünyasını dəyişib. YeniAvropa xəbər verir ki , bu barədə “Qafqazinfo” məlumat yayıb. Məlumata görə, deputatın 29 yaşlı oğlu Elçin Qasımov İsveçrədə xizək sürərkən qəzaya düşüb. Hadisə nəticəsində ağır kəllə-beyin travması alan gənc dünyasını dəyişib.
Sayt deputat Əsabil Qasımovla əlaqə saxlayıb. O, faktı təsdiqləyərək bildirib ki, hadisə bir neçə saat öncə baş verib.
Allah rəhmət eləsin!