logo

Həyətyanı sahədə 33 kq-an artıq  marixuana aşkarlanıb

15:31 23-01-2019 | icon 3577
Həyətyanı sahədə 33 kq-an artıq  marixuana aşkarlanıb

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin qərb bölgəsində regional şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Samux rayonunun sakini Xaliq Mustafayevin həyətyanı sahəsindən 33 kiloqram 685 qram marixuana, müvafiq sənədləri olmayan “İJ-54” markalı tüfəng və 3 ədəd patron aşkarlanaraq götürülüb.

YeniAvropa xəbər verir  ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

Aparılan profilaktiki tədbirlər nəticəsində Cəlilabad rayonunun Alar kənd sakini Ramin Rəsulov isə müvafiq sənədləri olmayan “TOZ-50” markalı tüfəngi könüllü olaraq rayon polis şöbəsinə təhvil verib.