Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 24-ü gündüzdən 25-i gündüzədək cənub-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-18 metr olacağı, arabir 20-23 metrədək güclənəcəyi proqnozlaşdırılır.
Xəbərdarlığa görə, Azərbaycanın əsasən dağlıq rayonlarında yanvarın 24-ü və 25-də cənub-qərb küləyinin əsəcəyi, sürətinin arabir saniyədə 20-25 metrədək güclənəcəyi gözlənilir.