Biləsuvar və Cəlilabad rayonlarında dumanlı hava şəraiti nəqliyyatın hərəkətini çətinləşdirib.
YeniAvropa xəbər verir ki, duman axşam saatlarından etibarən Biləsuvar rayonu ərazisində və yeni Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonundan keçən hissəsində müşahidə edilir. Görmə məsafəsi azaldığından nəqliyyat vasitələri aşağı sürətlə hərəkət edir.
Dumanlı hava şəraiti həmçinin Biləsuvar rayonunun kəndlərarası yollarında da nəqliyyatın hərəkətində problem yaradıb.
Qeyd edək ki, dünən səhər saatlarında da bu ərazilərdə oxşar hava şəraiti hökm sürüb.