Dünya Turizm Təşkilatı ilə Azərbaycan Dövlət Turizm Agentliyi arasında saziş imzalanıb
İspaniyanın paytaxtı Madriddə turizm sahəsində ən iri tədbirlərdən biri olan “FITUR 2019” 39-cu ənənəvi Beynəlxalq Turizm Sərgisi işə başlayıb. Bu turizm sənayesi yarmarkası Latın Amerikası bazarına ən vacib çıxış sayılır və istehlak tələbatındakı dəyişikliklərin və turizm biznesinin irəlilədilməsi imkanlarının nəzərə alınması yolu ilə gələcək strategiyalarının işlənib hazırlanması üçün qlobal platforma rolu oynayır.
YeniAvropa xəbər verir ki, Azərbaycanı beynəlxalq sərgidə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.
Dünya Turizm Təşkilatının (DTT) baş katibi Zurab Pololikaşvili və Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “FITUR 2019” çərçivəsində yanvarın 22-də Madriddə DTT-nin qərargahında qurumun İcraiyyə Şurasının 110-cu sessiyasının Bakıda keçirilməsi haqqında Saziş imzalayıblar.
Görüşdə Azərbaycanın İspaniya Krallığındakı səfiri və Dünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi Anar Məhərrəmov iştirak edib.
Fuad Nağıyev görüşdə bildirib ki, bu tədbirin ölkəmizdə keçirilməsi Azərbaycan ilə DTT arasında çoxtərəfli əməkdaşlığın inkişafı işində böyük əhəmiyyət daşıyacaq. Dünyanın 40-dan çox ölkəsinin rəsmi nümayəndələri və başqa qonaqlar ölkəmizin turizm potensialı və mədəniyyət-sağlamlıq imkanları ilə bilavasitə tanış olmaq imkanı əldə edəcəklər.
DTT-nin baş katibi Zurab Pololikaşvili əmin olduğunu bildirib ki, Azərbaycan DTT İcraiyyə Şurasının 110-cu sessiyasını yüksək səviyyədə keçirəcək. Sessiyanın təşkili işinə uğurlar arzu edən Z.Pololikaşvili vurğulayıb ki, başçılıq etdiyi qurum Azərbaycanda turizmin inkişafına hər cür dəstək göstərməyə hazırdır.
Fuad Nağıyev “Azərbaycan – yenidən fərqli baxışla bax" yeni turizm brendinin şüarına müvafiq olaraq ölkəmizin zəngin tarixi, mədəniyyəti, milli mətbəxi, azərbaycanlıların səmimiyyəti və qonaqpərvərliyi tanış olmaları üçün həmkarlarını ölkəmizə dəvət edib.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb