Cari ildə 19 ölkəyə 25 ixrac missiyası həyata keçiriləcək, 11 beynəlxalq sərgidə Azərbaycan vahid ölkə stendi ilə təmsil olunacaq.
YeniAvropa xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib. Nazir qeyd edib ki, bu il Rusiyada, Əbu-Dabi şəhərində və Qazaxıstanda "Azərbaycan Ticarət Evi"nin açılması nəzərdə tutulur.