FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının açılış mərasimi keçirilib
Yanvarın 22-də Bakıda BMT-nin Ərzaq və Kənd Təsəsrrüfatı Təşkilatı (FAO) - Azərbaycan Tərəfdaşlıq Proqramının (FAPP) rəsmi açılış mərasimi keçirilib.
YeniAvropa xəbər verir ki, FAO və Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə kənd təsərrüfatı naziri İnam Kərimov ölkəmiz ilə BMT-nin Ərzaq və Kənd Təsəsrrüfatı Təşkilatı arasında imzalanmış bu Tərəfdaşlıq Proqramının Azərbaycanla beynəlxalq təşkilat arasında əməkdaşlıq əlaqələrinin yeni mərhələyə qədəm qoymasına imkan verdiyini deyib.
“Bu proqram çərçivəsində Azərbaycan yalnız benefisiar kimi deyil, eyni zamanda, donor ölkə kimi layihələrin maliyyələşdirilməsini həyata keçirən ölkələrdən birinə çevrilib. Hesab edirəm ki, belə əməkdaşlıq modeli FAO-nun digər üzv ölkələri üçün də müsbət bir nümunəyə çevrilə bilər”, - deyə nazir qeyd edib.
“Bu gün aqrar sahə ölkənin qeyri neft sektorunun ən prioritet sahələrindən biri olmaqla yanaşı, dövlət başçısının daim diqqət və qayğısı ilə əhatə olunub. Məhz bunun nəticəsidir ki, artıq aqrar sektorda yeni iqtisadi münasibətlər formalaşıb. Bu sahənin idarəetmə strukturu müasir dövrün tələblərinə uyğun olaraq qurulub. Dövlət dəstəyi siyasətinin təkmilləşdirilməsi, istehsal edilən məhsulların rəqabətə davamlılığının artırılması ilə bağlı stimullaşdırıcı tədbirlərin görülüb”, - deyə İ.Kərimov əlavə edib.
FAO-nun Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Vladimir Raxmanin bildirib ki, Azərbaycan və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının tərəfdaşlığı son 20 il ərzində uğurla inkişaf edərək Bakıda FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin yaradılması ilə nəticələnib. 2015-ci ilin may ayında FAO-nun baş direktorunun ölkəyə səfəri zamanı FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının yaradılması barədə müqavilə imzalanıb və 2016-2020-ci illər üçün 10 milyon ABŞ dolları həcmində əməkdaşlıq çərçivəsi təsis edilib. Azərbaycan Hökuməti razılaşmanı ratifikasiya edib və FAPP üçün Əməliyyat Çərçivəsi 2016-cı ilin dekabrında təsdiq edilib.
Tədbirdə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Qulam İshaqzai və digərləri çıxış ediblər.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb