Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) aprel ayında Latviya və Qətərə təşkil ediləcək ixrac missiyasında iştirak üçün sənəd qəbuluna başlayıb.
YeniAvropa xəbər verir ki, Riqaya təşkil olunacaq ixrac missiyası aprelin 7-10-da, Dohaya isə aprelin 12-16-da baş tutacaq.
AZPROMO-dan verilən məlumatda qeyd edilib ki, Riqaya təşkil olunacaq ixrac missiyasında qida məhsulları, şərab, spirtli içkilər, tekstil və turizm, Dohaya isə qida sektoru, tekstil, inşaat və turizm sahələrini təmsil edən sahibkarlar iştirak edə bilərlər.
İxracatçılar müsabiqə əsasında seçiləcək.